Вернуться назад Распечатать

Nazirlik deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı-VİDEO

Bir müddət bundan əvvəl millət vəkili Əlibala Məhərrəmzadəyə məxsus “A and J Holding”in mülkiyyətində olan “Şahdağ” hotel kompleksinin binasında qanunsuz tikinti aşkarlanması barədə xəbər təqdim etmişdik.

Quba şəhəri Lütfizadə küçəsində yerləşən həmin hotelin 6-cı mərtəbəsində layihədən kənar aparılan tikinti-quraşdırma işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkarlanmışdı. Məlumatın yayılmasından sonra millət vəkili mətbuat vasitəsi ilə bu xəbəri təkzib edən açıqlamalar verərək həmin hoteldə heç bir qanunsuz tikintinin olmadığını bəyan etmişdi.

Əlibala Məhərrəmzadənin mətbuat vasitəsi ilə cəmiyyətə bu xəbərin yalan olduğu barədə açıqlamalarının verildiyi 28 aprel tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixli qərarı ilə bəhs etdiyimiz həmin hoteldəki tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərar çıxarılıb.