Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzarətində olan Kurort ASC-yə məxsus müalicə mərkəzləri və sanatoriyaların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına veriləcəyi deyilir.
1xeber.media xəbər verir ki,Bizimesr.com-a daxil olan məlumata görə, sözügedən sanatoriyalarda çalışan həkimlərin sertifikasiyası, göstərilən müalicələrin effektivliyi və digər tibbi xidmətlərlə bağlı ciddi narazılıqlar mövcuddur.
Bu səbəbdən, müalicə proseslərinin və tibbi xidmətlərin birbaşa TƏBİB-in nəzarəti altında həyata keçirilməsinin daha məqsədəuyğun olduğu iddia olunur.