Вернуться назад Распечатать

Yeni sədr keçmiş köməkçisini yanına gətirib vəzifə verdi-VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib.

S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.