Вернуться назад Распечатать

Eldar Əzizovun adamından 24 milyonluq tender....-VİDEO

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC növbəti satınalma müsabiqəsinə yekun vurub.

1xeber.media Qaynarinfo-ya istinadla  xəbər verir ki, Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı keçirilən tenderin qalibi "Xezer-Constuction” MMC seçilib.
Təmir işlərinə görə şirkətə 23 478 460,75 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.