Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.
Məlumata görə, qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib.
1xeber.media xəbər verir ki,Quba Rayon İcra Hakimiyyəti bu barədə "Unikal"ın sorğusunu təsdiqləyib: "Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb".
Əldə etdiyimiz daha bir məlumata görə, sözügedən qanunsuz tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyevə məxsus olub.