Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsi kompüter və İKT avadanlıqlarının satın alınması ilə bağlı tender elan edib.
1xeber.media XALQ-a istinadla xəbər verir ki,satınalma layihəsi üzrə ehtimal olunan qiymət 989.123,40 AZN məbləğində müəyyən edilib.
Tender çərçivəsində universitetin texnoloji infrastrukturunun yenilənməsi və tədris prosesində istifadə edilən kompüter avadanlıqlarının modernləşdirilməsi nəzərdə tutulub. Layihə ali təhsil müəssisəsinin rəqəmsal imkanlarının genişləndirilməsi baxımından müsbət addım kimi qiymətləndirilsə də, ayrılan vəsaitin 1 milyon manata yaxın olması diqqət çəkir.