Вернуться назад Распечатать

Elşad Həsənovun “Şəhərsalma və Memarlıq ili”nə qanunsuz tikinti "töhfəsi"-VİDEO

Yasamal rayonunda növbəti qanunsuz tikintiyə hazırlıq gedir.

Yasamal rayonu “İnşaatçılar” metrstansiyasının çıxışında böyük bir ərazi hasarlanıb. Mağazalarla zəngin olan sözügedən küçədə hasarlanan yerdə heç bir məlumat lövhəsi yerləşdirilməyib.
Sakinlər bildirib ki, piyada səkisinə yaxın olan yerdə belə tikintilər aparılan zaman səkini daha da daraldırlar. Hər obyekt tikintisi zamanı səki bir az da zəbt edilir və piyadaların hərəkəti üçün yer qalmır.