Вернуться назад Распечатать

Nazir müavinin oğlu problemli kreditlərdən nə qədər qazanır?-VİDEO

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevin bir şirkətdən rüblük qazancı məlum olub.

1xeber.media  Kredit.az-a istinadən xəbər verir ki, onun səhmdarı olduğu “BOA Agency” kollektor agentliyi bu ilin ilk rübü üzrə 1 milyon 664,4 min manat xalis mənfəət əldə edib. Şirkətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə sözügedən həcmdə xalis mənfəət dividend şəklində səhmdarlar arasında bölünəcək.