Вернуться назад Распечатать

Qumru Məmmədovanın lüks avtomobili...-Xanım rəis ətrafında NƏ BAŞ VERİR?-VİDEO

1xeber.media xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər Və İdman İdarəsinin rəhbəri ilə bağlı facebook sosial şəbəkəsində qalmaqallı status paylaşılıb. Dəyanət Azərsoy adlı şəxsin statusunu olduğu kimi təqdim edirik:

"Quba-Xaçmaz Regional Gənclər Və İdman İdarəsi ndə sürücü ştatı varmı? yoxdumu? Elə isə izahını verim  Bölgədə danışılanlara baxsaq, deyəsən bu idarədə sürücüdən çox “özün idarəetmə sistemi” tətbiq olunur.

Məsələ burasındadır ki, idarənin xanım rəisi Qumru Mammadova  üçün lüks xidməti avtomobil ayrılıblar.
Maraqlı tərəf odur ki, həmin avtomobili çox vaxt elə Qumru xanım özü idarə edir. Quba şəhərində  hara gedirsən, Qumru xanım və xidməti maşını  gözə dəyir. Adam düşünür ki, bəlkə region idarəsində ən fəal işləyən elə bu avtomobildir.