Media nümayəndələri Bakı Olimpiya Stadionunun (BOS) ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olublar.
1xeber.media xəbər verir ki, əvvəlcə media nümayəndələri akkreditasiya mərkəzinə baş çəkiblər.
WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov bildirib ki, tədbir məkanı BOS və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb.
Stadion müvafiq zonalara bölünüb. A Zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib.
Ətraflı sujetdə: