Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.
1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.
A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim olunub.