Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş naziri arasında müzakirə olunub.
1xeber.media Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib.
“Hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün hər iki ölkənin birgə qərarı ictimaiyyətə təqdim olundu”, - deyə Prezidentin köməkçisi vurğulayıb.