Вернуться назад Распечатать

“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?-VİDEO

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir.

1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramiz oğludur.

Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirilir. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.