“Ölkəmizdə uşaqpulunun geniş müzakirəsi yoxdur”.
1xeber.media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı ARB TV-də yayımlanan“Günə doğru” verilişdə bildirib.
“Ailələr uşaq dünyaya gətirəndə düşünməməlidirlər ki, mən bu gün uşaq dünyaya gətirirəm və bunun qarşılığında dövlətdən nəsə gözləməliyəm. Bəs düşünmüsünüz ki, uşaqpulu məsələsi bu gün gündəliyə gələrsə və tətbiq olunarsa, valideynlərdə asılılıq və tənbəllik yarada bilər? Yəni insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır”, - deyə deputat bildirib.