Вернуться назад Распечатать

Suraxanı bazarında tikintiyə hansı şərtlərlə icazə verilib?-VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazar ərazisində qanunsuz tikinti işlərinin aparıldığı bildirilir. Videogörüntülərdən də göründüyü kimi, tikinti işləri rayon icra hakimiyyətinin inzibati binasına yaxın ərazidə həyata keçirilir.

1xeber.media XALQ-a istinadla  xəbər verir ki,  ərazidə fəaliyyət göstərən “Suraxanı Bazar” ASC-yə məxsus bazarda aparılan tikinti üçün hər hansı rəsmi icazə və ya təsdiqedici sənəd mövcud deyil.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə verilmədiyi qeyd olunur.