Вернуться назад Распечатать

Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür etdi-VİDEO

"Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını nümayiş etdirərək forumla bağlı məlumatları operativ şəkildə beynəlxalq aləmə çatdırdı”.

1xeber.media  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) son günündə tədbiri işıqlandıran jurnalistlərlə görüş zamanı deyib.

O bildirib ki, Azərbaycan mediası beynəlxalq media ilə birlikdə, eyni zamanda peşəkar rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək forum barədə məlumatların dünyaya operativ çatdırılmasını təmin edib.

Hikmət Hacıyev jurnalistlərin gördüyü işin böyük zəhmət tələb etdiyini vurğulayaraq qeyd edib ki, media nümayəndələri səhər saatlarından axşama qədər intensiv fəaliyyət göstərib, şəhər daxilində də reportajlar hazırlayaraq hadisələri operativ şəkildə ictimaiyyətə təqdim ediblər.

Prezidentin köməkçisi foruma ölkə ictimaiyyətində yaranan böyük marağın da mediada aparılan işin nəticələrindən biri olduğunu bildirib. O, redaksiyalara və bütün əməkdaşlara təşəkkürünü ifadə edib, xüsusilə jurnalistlərin, eləcə də əməyi çox zaman görünməyən operator və kamera heyətinin fəaliyyətini qeyd edib.

Hikmət Hacıyev Azərbaycan mediasında yeni simaların meydana çıxmasını da müsbət hal kimi dəyərləndirib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.