Вернуться назад Распечатать

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq-VİDEO

Bakı Limanının sabiq direktor müavininin böyük maliyyə maxinasiyaları

Bu ilin 6 yanvar tarixində “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin sabiq direktor müavini Söhrab İsmayılovun işdən azad olunmasından sonra onun fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.

1xeber.media xəbər verir ki,Musavat.com-a verilən məlumata görə, həmin dövrdən başlayaraq, Söhrab İsmayılovun ciddi maliyyə pozuntularına yol verməsi barədə şübhələr artdığı üçün onun maliyyə məsələləri üzrə müavin olduğu dövr üzrə yoxlama həyata keçirilib.

Bu günlərdə başa çatan araşdırma nəticəsində müəyyən olunub ki, Söhrab İsmayılov “Port Bonded Services” MMC-nin rəhbəri Məmməd Topalovla birlikdə dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin mənimsənilməsi üçün fırıldaqçı sxem qurub. Bildirilir ki, bu şəxslər Dubayda təsis etdikləri şirkət vasitəsilə Bakı Limanının xarici müştərilərini ödənişlərin birbaşa limanın rəsmi hesablarına deyil, həmin xarici şirkətin hesablarına köçürülməsinə inandıra biliblər.