Вернуться назад Распечатать

Rəhbər şəxslər qatara mindi — Prezident onlara hansı tapşırığı verib?-VİDEO

Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırığı verilib.

1xeber.media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, DSX, Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan-Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması barədə məlumatlandırılıblar.

Həmçinin təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına da baxış keçirilib.