Вернуться назад Распечатать

Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir-VİDEO

Uzun müddətdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərsiz fəaliyyət göstərir. Daha doğrusu, qurumun müdiri postu hələ də vakant olaraq qalır.

1xeber.media Tribuna.az-a istinadla  xəbər verir ki, hazırda həmin vəzifəni Nərminə Hüseynova müvəqqəti icra edir.

Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri postu uğrunda artıq uzun müddətdir ciddi mübarizə gedir.

Məlumatlarda qeyd edilir ki, təhsil naziri artıq sözügedən posta öz namizədini müəyyənləşdirib. Belə ki, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyevin növbəti tədris ilinin sonunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbər təyin olunacağı gözlənilir.