“Hünər-İnşaat Firması” Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər görən fəhlələrin ödənişləri verilmir.
Bu səbəbdən də işçilər maqistral yolu bağlayaraq etiraz edirlər.
1xeber.media xəbər verir ki,bu barədə sosail platformada işçilər çıxış ediblər. Belə ki. Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər aparan “Hünər-İnşaat ” Firması fəhləlrin maaaşını vermir.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi” tenderinin icrası “Hünər-İnşaat” Firması həyata keçirir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyev Nəbi oğludur.