Deputatdan maraqlı açıqlama:"Azərbaycan səhiyyəsi Avropa standartları səviyyəsindədir"-VİDEO
"Bakıda, eləcə də Abşeron yarımadasında kifayət qədər həkimlə təminolunma var, hətta Avropa standartları səviyyəsindədir, amma digər bölgələrimizlə bağlı bunu söyləmək olmaz."
Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Pravda. az"a açıqlamasında deyib.
"Bölgələrdə müxtəlif istiqamətdə sosial proqramların tətbiqi ilə mənzil şəraitinin yaxşılaşdırılması üçün həmin həkimlərin yaşayış sahəsi ilə təmin olunması və digər güzəştlər, ipotekaya əlçatanlığın artırılması vacibdir. Stimullaşdırıcı tədbirlərlə çox qısa zamanda bu prosesin də öhdəsindən gələ bilərik. Azərbaycanda səhiyyə islahatları davam edir. Artıq müəyyən mərhələdən sonra elə bir həddə gəlib çatmışıq ki, həlledici mərhələdəyik. İslahatlarda müəyyən korreksiyalara ehtiyac var. Bu istiqamətdə TƏBİB-in yeni rəhbərliyi, Səhiyyə Nazirliyi və digər səhiyyə qurumları ilə birlikdə böyük addımlar atılır", - o əlavə edib.