Вернуться назад Распечатать

Avrora Qrup kimsəsiz uşaqların Qarabağa səfərini gerçəkləşdirdi-VİDEO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. Şirkətin sosial-ictimai məsuliyyət dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evində məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub.

1xeber.media xəbər verir ki,bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb. Qeyd edək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir.