Вернуться назад Распечатать

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi-VİDEO

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından biri olan Bizon yay mövsümünə yeni lotereya kampaniyası ilə başlayıb. “13 həftə, 13 avtomobil” adlı kampaniya çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər.
1xeber.media xəbər verir ki,1 iyun – 30 avqust tarixlərini əhatə edən kampaniya müddətində istehlakçılar lotereyalı Bizon məhsulu alaraq qapağın altındakı xüsusi kod vasitəsilə iştirak edə bilərlər.

Kampaniya zamanı hər həftə oynanacaq mükafat müasir dizaynı, rahat idarəetməsi və gündəlik istifadəyə uyğunluğu ilə seçilən Changan Q05 model avtomobildir.
Kampaniyada iştirak etmək üçün istehlakçılar:
Lotereyalı Bizon bankasını əldə etməli;
Məhsul üzərindəki QR kodu skan etməli və ya promo.bizon.az ünvanına daxil olmalı;
Qapağın altındakı kodu və mobil nömrəni bu ünvana daxil etməlidirlər.
Qaliblər hər həftənin bazar ertəsi günü “Bizon Energy” YouTube kanalında canlı yayım vasitəsilə elan ediləcək. İştirakçılar prosesi real vaxtda izləyə biləcəklər. Xüsusi olaraq vurğulayaq ki, qalib müəyyən olunduğu halda məhsulun qapağı mütləq təqdim edilməlidir.
Bizon markası bu yay da istehlakçılarına yaddaqalan təcrübə təqdim etməyə davam edir. 13 həftə boyunca davam edəcək kampaniya yay aylarını daha maraqlı etməyi hədəfləyir.