Вернуться назад Распечатать

Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI-VİDEO

“MİR TƏMİR TİKİNTİ” MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.

1xeber.media xəbər verir ki,“Qafqazinfo”ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.

O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: “Mən “MİR TƏMİR TİKİNTİ” MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə “şəriklik” təklif etdi və razılaşdım. Onun səyləri ilə “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi”