Milli Məclisin deputatı Günay Ağamalı yenidən tənqid hədəfinə çevrilib.
1xeber.media xəbər verir ki, o, sosial media hesabında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə açıqlamasını paylaşıb.
Bu, istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli də millət vəkilinin yazısını tənqid edənlər sırasındadır.
Xatırladaq ki, bir müddət əvvəl Günay Ağamalının “uşaqpulu valideynlərdə tənbəllik yarada bilər” fikri sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olmuşdu. Əksəriyyət deputatın fikirlərini sərt tənqid etmişdi.