Вернуться назад Распечатать

Qazinin Yeni Klinikaya etirazı: “Əməkdaş mənə hörmətsizlik etdi”-VİDEO

 Yeni Klinikada qalmaqal: Qazi Xəyal Məmmədov canlı yayım açaraq əməkdaşdan şikayət etdi

1xeber.media xəbər verir ki,Bakıda yerləşən Yeni Klinikada baş verdiyi iddia olunan hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İddialara görə hadisə Barat Yusubov hələ klinikaya rəhbərlik etdiyi dövrdə baş verib.

Belə ki, qazi klinikada xidmət aldığı zaman müəssisənin əməkdaşlarından biri ilə arasında mübahisə yarandığını bildirib. O, sosial şəbəkədə açdığı canlı yayım zamanı həmin əməkdaşı da görüntüləyərək ona qarşı kobud davranıldığını və haqsızlığa məruz qaldığını iddia edib.

Canlı yayım zamanı qazi Xəyal Məmmədov klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Jalə Bədirovanın qazilərə qarşı hörmətsiz münasibət sərgilədiyini bildirərək məsələ ilə bağlı narazılığını ifadə edib. Yayımlanan görüntülər qısa müddətdə sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı Yeni Klinikanın rəsmi açıqlaması hələlik açıqlanmayıb. Qarşı tərəfin mövqeyi məlum olduqdan sonra məsələyə daha aydın qiymət vermək mümkün olacaq.

Qeyd edək ki, hazırda sosial şəbəkələrdə yayılan görüntülərdə səsləndirilən iddialar rəsmi qaydada təsdiq olunmayıb və hadisənin bütün detalları aidiyyəti qurumlar tərəfindən araşdırıldıqdan sonra dəqiqləşə bilər.