Вернуться назад Распечатать

Əsassız pul yığımları və baxımsızlıq: "Megacity" sakinlərinin ETİRAZI-VİDEO

 

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Megacity" yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən ciddi qanunsuzluqlar, korrupsiya halları və keyfiyyətsiz xidmətlə bağlı dərin narazılıqlarını bildirirlər.

1xeber.media-ya müraciət edən Məmmədov Sadiqin sözlərinə görə,uzun müddətdir ki, kompleksin idarəçiliyi qeyri-şəffaf prinsiplərlə həyata keçirilir və sakinlər süni şəkildə formalaşdırılmış problemlərlə üz-üzə qoyulub.

Sakinlərdən hər ay müxtəlif bəhanələrlə əlavə və qanunsuz vəsaitlərin toplanıldığı iddia edilir. Bu qədər pul yığılmasına baxmayaraq, binanın həyətinə və ümumi sahələrinə heç bir qulluq göstərilmir,  baxımsızlıq hökm sürür,lift problemi həll edilmir,ümumiyyətlə hesabatlılıq düzgün formada aparılmır və sakinlərə heç bir məlumat verilmir.

Sakinlərdən işıq, qaz və su pulu üçün vəsaitlər vaxtı-vaxtında nağd və ya digər yollarla yığılsa da, sözügedən komunalların təminatında davamlı kəsintilər baş verir, binanın infrastrukturu təhlükə altına düşür.

Sadiq Məmmədovun sözlərinə görə, binanın  rəhbərliyi öz yaxın qohumlarını işə götürərək onlara heç bir xidmət göstərmədikləri halda sakinlərin hesabından  şişirdilmiş maaşlar və pullar yazır,toplanan vəsaitlərin hara xərcləndiyi barədə sakinlərinə heç bir hesabat verilmir.Mənzil sahibləri  ödənişlərimizi vaxtında etdiyimiz halda, komendantın məsuliyyətsizliyi və özbaşınalığı ucbatından şəxsi mülkümüzdə normal yaşaya bilmirik-deyə etiraz edirlər.

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.