Вернуться назад Распечатать

Bayırşəhərdə aparılan söküntü işləri narazılıq yaradır-VİDEO

Söküntülərin getdiyi Bayırşəhərdə sakinlər deyirlər ki, bəzi evlər əşya qarışıq, sahibi evdən çıxan kimi tələm-tələsik, alqı -satqı olmadan sökülür.

1xeber.media xəbər verir ki.son günlər dağıdılananlar arasında SSRİ Xalq rəssamı Qəzənfər Xaliqovun yaşadığı ev də var.

Ərazidə baş verənləri ictimailəşdirən memar Abdul Hüseynov Facebookda yazır ki, bundan başqa dramaturq Süleyman Sani Axundov, SSR xalq artisti Əhməd Bakıxanovun yaşayıb-yaratdığı evlərin də yaxın günlərdə söküntüsü gözlənilir. Halbuki, onun fikrincə, bu evlər tarixi-memarlıq əhəmiyyətinə görə, ev muzeyi kimi saxlanıla bilərdi.