Вернуться назад Распечатать

Bakı "mer"inin oğlu nazirə müşavir gətirildi-VİDEO

Xəbər verdiyimiz kimi,  ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. Müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov təyin olunub.

1xeber.media Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb