MMC sədri qeyri-şəffaf İdarəçilik və korrupsiya iddialarına CAVAB VERDİ-VİDEO
1xeber.media-nın efirində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Megacity" yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən ciddi qanunsuzluqlar, korrupsiya halları və keyfiyyətsiz xidmətlə bağlı dərin narazılıq bildirən vətəndaşların etirazına MMC rəhbərliyi biganə qalmadı.
Redaksiya ilə əlaqə saxlayan MMC sədri Səlimov Araz iddiaları tamamilə rədd etdi:
"Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə platformalarında "Megacity" yaşayış kompleksinin idarəçiliyi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır, həqiqəti əks etdirmir və qərəzlidir.
Vətəndaş Sadiq Məmmədov (Məmmədli) tərəfindən irəli sürülən korrupsiya və qeyri-şəffaflıq ittihamları heç bir real fakta söykənmir. Bildiririk ki, kompleksin idarə olunması mövcud qanunvericiliyin tələblərinə və daxili nizamnaməyə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilir. Sakinlərdən toplanan bütün xidmət haqları binanın cari təmirinə, liftlərin texniki xidmətinə, mühafizəyə və digər zəruri məişət-kommunal xərclərinə yönəldilir.