Mingəçevir Dövlət Universitetində Elektron Sənəd Dövriyyəsi Sisteminə tam keçid təmin edilib: Əməkdaşlara praktiki təlimlər keçirilib
1xeber.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin dövlət qurumlarında elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrası istiqamətində Mingəçevir Dövlət Universitetində elektron sənəd dövriyyəsi sisteminə tam şəkildə keçid edilib.
Universitetdə sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və bu innovativ sistemin uğurla fəaliyyət göstərməsi məqsədilə aidiyyəti struktur bölmələrin əməkdaşları üçün hibrid (onlayn və canlı) formatda genişmiqyaslı təlimlər keçirilib. Sözügedən təlimlər elektron sənəd dövriyyəsi sisteminin tətbiqini icra edən "AİST Group" şirkəti və universitetin Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Elçin Tağıyev tərəfindən müştərək şəkildə təşkil olunub.