Вернуться назад Распечатать

Rektor 200 min manata avtomobil alır-VİDEO

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yeni tenderinin nəticəsini açıqlayıb.

1xeber.media  bildirir ki, təhsil ocağı istifadə üçün minik avtomobilləri alacaq.

Bununla bağlı keçirilmiş tenderin qalibi “AUTO AZƏRBAYCAN” MMC şirkəti olub. Universitet 3 ədəd avtomobilin alınmasına görə, 200 min 100 manat ödəniş edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovdur. O, Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin olunub. /Tribuna/