Вернуться назад Распечатать

AZAL biletini geri qaytaran sərnişinlərdən 40 manat tutur-VİDEO

Naxçıvana uçan təyyarə reyslərinin ləğv olunmasına baxmayaraq, bilet satışının davam etdirilməsi hava limanında yenidən sıxlıq yaradıb. Günlərlə hava limanında qalan sərnişinlərdən bəzilərinin vəziyyəti pisləşib və təcili yardım çağırılıb.

Sərnişinlər deyirlər ki, kassada onlara təyyarənin bir neçə saat sonra uçacağı bildirilib və bilet satılıb. Lakin hava limanına gələndə bir neçə gün uçuş olmayacağı deyilib.

Biletini geri qaytaran sərnişinlərdən isə 40 manat tutulduğu bildirilir. Sərnişinlər iddia edirlər ki, məhz bu tutulmaya görə reysin olacağı deyilərək onlara bilet satılıb.

Sərnişinlərin sözlərinə görə, hava şəraiti səbəbindən sərnişin reysləri ləğv olunsa da, karqo təyyarələri fəaliyyətini davam etdirir