Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin doğulduğu məhəlləyə gedən yolun asfaltın yarımçıq vurulub.
1xeber.media xəbər verir ki,bu barədə Tribuna.az-a məhəllə sakinləri məlumat verib.
Bildirilib ki, bir müddət əvvəl onların xahişi ilə Yasamal İH rəhbəri Elşad Həsənovun göstərişi əsasında məhəlləyə asfalt vuranlar gəlib. Amma Yasamal bələdiyyəsi adından gələn şəxslər yolu yarımçıq asfaltlayıb gedib. Hətta şəhidin küçəsini belə normal asfaltlamaq istəməyiblər.