Вернуться назад Распечатать

Şəfalı Əllərin Bayramı: Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur-VİDEO

Bəzi peşələr var ki, onun məsuliyyəti sadəcə iş saatları ilə ölçülmür. Ağ xalat geyinmək – hər saniyədə bir insanın həyatı üçün məsuliyyət daşımaq, öz rahatlığından keçib başqalarına şəfa paylamaq deməkdir.Tibb işçisi olmaq həm də ən gərgin anlarda belə soyuqqanlılığı qorumaq, xəstə yaxınlarının ümid dolu baxışlarına çarə olmaq və insanlığa təmənnasız xidmət etməkdir.

Onlar gecə növbələrində, hamının yatdığı saatlarda belə bir canı xilas etmək üçün zamanla yarışırlar. Atılan hər bir düzgün addım, vaxtında edilən hər bir müdaxilə bir insanın yenidən həyata tutunması, bir ailənin isə yenidən sevinməsi deməkdir. Bu peşə sahiblərinin çəkdiyi zəhmət təkcə fiziki güc deyil, həm də böyük bir ürək və mənəvi dözümlülük tələb edir.

Bu gün ölkəmizdə səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi və peşəkar kadrların yetişməsi sayəsində minlərlə vətəndaşımız yenidən sağlamlığına qovuşur.

Dövlətimizin bu sahəyə göstərdiyi diqqət və xəstəxanalarımızın müasirləşməsi də həkimlərimizin öz potensialını ən yüksək səviyyədə nümayiş etdirməsinə geniş imkanlar yaradır.

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu tarix xalqımızın sağlamlığı naminə gecəsini gündüzünə qatan bütün səhiyyə mütəxəssislərinə olan sonsuz ehtiramın rəmzidir.

1xeber.media olaraq Bu özəl gündə, cəmiyyətimizin görünmez qəhrəmanları ,əsl həkim adına layiq ola bütün həkimlərimizi, tibb bacılarımızı və səhiyyə sahəsində çalışan hər bir kəsi ürəkdən təbrik edirik. Sizin fədakar əməyiniz hər cür alqışa layiqdir. Bayramınız mübarək!"