Вернуться назад Распечатать

Dövlət rəsmiləri Ağdərədə...-VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər. Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.