Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yaxın saatlarda təyinat olacaq.
1xeber.media bildirir ki, TƏBİB-in tabeliyində olan sözügedən quruma Kravçenko Teymur Adıleviç rəhbər gətiriləcək.
Məlumatda bildirilir ki, Kravçenko artıq üç gündür işə çıxır. Təyinatı isə bu gün rəsmiləşdiriləcək.
Qeyd edilir ki, sözügedən şəxs TTYM-də çalışan bütün işçilərə göstəriş verib ki, özləri ərizələrini yazaraq, könüllü olaraq işdən ayrılsınlar. Bunu isə özünün komandasını iş başına gətirəcəyi ilə əsaslandırıb.
Kravçenko işdən çıxmayanları hədələməkdən də çəkinməyib. Belə ki, onlar işdən çıxmayacaqları təqdirdə, “köhnə məsələləri” qaldıracağını, onlarla bağlı “qanuni” tədbir görəcəyini deyib. /Tribuna.az/