Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.
1xeber.media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib:
"Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Bizim çox məhsuldar və konstruktiv münasibətlərimiz inkişaf edib. Bu gün görüşlər ərzində bir çox sazişlər imzalanacaq ki, bu da yeni infrastruktur layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".