Azərbaycanda uzunillik xeyriyyəçilik fəaliyyəti ilə tanınan, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri və "Sonar Farm" şirkətinin təsisçisi Mahirə Əsədovanın sahibkarlıq fəaliyyətinə qarşı qanunsuz müdaxilələr qeydə alınıb.
1xeber.media xəbər verir ki,30 ildir ölkədə uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu müddət ərzində heç bir maneə ilə qarşılaşmayan iş xanımının biznesinə son 2-3 il ərzində müəyyən şəxslər tərəfindən süni əngəllər törədildiyi bildirilir. "Sonar Farm" şirkətinin qanuni fəaliyyətini hədəf alan bu qanunsuz müdaxilələrlə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər olunub və məsələ hazırda hüquq-mühafizə orqanlarının xüsusi nəzarətindədir