Bakıda su təminatında fasilə yarandı: ADSEA əhaliyə su maşınları ilə kömək edir
1xeber.media sujeti təqdim edir:
Bakının bəzi ərazilərində, xüsusilə də Binəqədi rayonunda su təminatında müvəqqəti fasilələr və rejimlərdə dəyişikliklər müşahidə olunur.Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, su təminatında çətinlik yaranan ərazilərin su ilə təmin edilməsi üçün operativ şəkildə bütün lazımi addımlar atılıb. Agentliyin bəyanatında qeyd olunub ki, su qıtlığı yaşanan bütün ünvanlar xüsusi su maşınları (su çənləri) ilə fasiləsiz olaraq su ilə təmin edilir.
Məlumatın ardınca əməkdaşlarımız sözügedən ərazilərə, xüsusilə də su probleminin daha qabarıq hiss olunduğu Binəqədi rayonuna baş çəkərək yerində müşahidələr aparıblar. Müşahidələr zamanı məlum olub ki, su təminatında fasilə yaranan məhəllələrə həqiqətən də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi su maşınları cəlb edilib və sakinlərin su ehtiyacı növbəli şəkildə qarşılanır.Sözügedən ərazilərdən operativ çəkiliş qrupumuzun topladığı görüntüləri və su maşınları ilə təminat prosesini əks etdirən fotolar da bunu deməyə əsas verir.