Göydələnin başında "həyət evi"-Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar!-VİDEO
Bakının mərkəzində qanunsuzluq pik həddə: Heydər Əliyev Mərkəzinin yanında binanın damını "özəlləşdirdilər"
Bakının mərkəzində, paytaxtın vizit kartı sayılan Heydər Əliyev Mərkəzinin bir addımlığında –,Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında dövlətin şəhərsalma siyasətinə və qanunlarına açıq-aşkar meydan oxunur. Məşhur "Nezih" restoranının düz arxasındakı hündürmərtəbəli binanın damında aparılan irimiqyaslı qanunsuz artırma işləri sakinlərin təhlükəsizliyini ciddi risk altına atıb.