Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında keyfiyyət problemlərinin qısa müddətdə üzə çıxması son illərin ən çox müzakirə olunan mövzusudur. Mənzillərdə qısa müddətdən sonra yaranan divar çatları, zirzəmilərə su sızması və izolyasiya qüsurları sakinlərin həyatını kabusa çevirir. Mütəxəssislər xəbərdarlıq edir ki, mənzil bazarında artan tələbi fürsət bilən bəzi tikinti şirkətləri, qazanc naminə binaları tələsik və standartlardan kənar inşa edirlər.
Məsələ ilə bağlı 1xeber.media-ya danışan iqtisadçı-ekspert Vüqar Oruc bildirir ki, problemin kökü tikintidə normativlərə uyğun materialların seçilməməsindən başlayır