Nəsimi rayonunda qanunsuz tikinti iddiası: İcra başçısı Tahir Budaqov niyə susur?
1xeber.media xəbər verior ki,Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzində-"Əcəmi Mall"-da vətəndaşların narazılığına və ciddi şübhələrə səbəb olan tikinti işlərinə başlanılıb. Sakinlərin və mətbuatın verdiyi məlumata görə, binanın ikinci mərtəbəsinin üzərində 3-cü mərtəbənin inşası üçün gizli və tələsik hazırlıq işləri aparılır.
Ərazidə heç bir rəsmi məlumat lövhəsinin olmaması və layihənin şəffaflığının təmin edilməməsi, tikintinin qanunsuz artırma olduğu iddialarını gücləndirir.Ərazidə yaşayan sakinlər və müştərilər haqlı olaraq sual edirlər:
Paytaxtın mərkəzində şəhərsalma normalarını kobud şəkildə pozan bu tikintiyə kim icazə verib? Bütün nəzərlər Nəsimi Rayon İcra Hakimiyyətinə yönəlsə də, qurum məsələyə aydınlıq gətirməkdən yayınır.Ən diqqətçəkən məqam isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun mövqeyidir.
Mətbuatın və ictimaiyyətin çoxsaylı sorğularına baxmayaraq, icra başçısı rəsmi açıqlama vermir və sualları cavablandırmır. İcra hakimiyyətinə ünvanlanan rəsmi müraciətlər isə sadəcə nəticəsiz qalır. Şəffaflığın olmaması və rəsmi qurumların susqunluğu narahatlığı daha da artırır. Aidiyyəti dövlət komitələrinin və nəzarətedici orqanların məsələyə təcili müdaxilə etməsi tələb olunur