Mehriban Əliyevanın rəhbərliyi ilə yeni rəqəmsal era: Şuranın ilk iclasından hansı mesajlar verildi?-VİDEO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi: Hədəf regional liderlikdir
1xeber.media xəbər verir ki,Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası baş tutub. İclasda rəqəmsal transformasiya, 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planının icrası, süni intellektin tətbiqi, innovasiya və kibertəhlükəsizlik sahəsində görülən işlər geniş müzakirə olunub