Вернуться назад Распечатать

Şəkidə Abdulla Kərimov qalmaqalı:Vətəndaşı küncə sıxışdıran "Məşğulluq" kabusu!-VİDEO

Şəki rayonunda fəaliyyət göstərən dövlət qurumunda vətəndaşa qarşı ağır psixoloji təzyiq və hədə-qorxu iddiaları ilə bağlı ciddi qalmaqal baş qaldırıb. Laçın rayonundan məcburi köçkün düşmüş və hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində məskunlaşan Abdullayev Əbdül Nurqələm oğlu, Şəki şəhər Məşğulluq İdarəsinin müdiri Abdulla Kərimovun hərəkətlərindən dövlət orqanlarına rəsmi şikayət ərizəsi ünvanlayıb.

1xeber.media xəbər verir ki,şikayətçi Əbdül Abdullayevin iddialarına görə, hər şey onun Məşğulluq İdarəsinin müdiri Abdulla Kərimovun fəaliyyəti ilə bağlı müəyyən materialları və neqativ məlumatları ictimailəşdirməsindən sonra başlayıb. Bu addımdan dərhal sonra idarə müdirinin ətrafındakı şəxslər və müxtəlif vasitəçilər şikayətçiyə qarşı sistemli təzyiqlərə keçiblər.