Вернуться назад Распечатать

Bakıda xəstəxana işçisinə "ərizə yaz" təzyiqi göstərildiyi iddia olunur — Şikayət var-VİDEO

Bakıda yerləşən Nizami Tibb Xəstəxanasında əmək hüquqlarının kobud şəkildə pozulması iddiası ilə bağlı qalmaqal yaşanır. Müəssisənin əməkdaşı Bəhruz Nəsirov  rəhbərlik tərəfindən öz iradəsi əleyhinə işdən çıxarılmağa məcbur edildiyini bildirib.

Şikayətçinin sözlərinə görə, o, xəstəxana rəhbərliyi tərəfindən otağa çağırılaraq ondan öz ərizəsi ilə işdən çıxması tələb olunub. B.Nəsirov bu qanunsuz tələbi rədd etdikdə isə müxtəlif təzyiqlərlə üzləşəcəyi ilə bağlı hədələnib. O, həmçinin xəstəxananın şöbə müdiri Samir Məmmədov tərəfindən vəzifə səlahiyyətlərinin aşılması və kobud rəftara məruz qaldığını iddia edərək, aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını xahiş edir.