ADA Universitetində baş tutan son tədbir rəsmi protokollardan uzaq, lakin ölkə təhsilinin dərinliklərinə işıq salan tarixi bir dialoqla yadda qaldı. 1xeber.media xəbər verir ki,akademik Hafiz Paşayevin nazir Emin Əmrullayevə yönəlik "Hərdən nə dediyinizi başa düşmürəm" replikası zalda böyük gülüş doğursa da, əslində Azərbaycan təhsil idarəçiliyindəki iki fərqli fəlsəfənin toqquşmasını nümayiş etdirdi.
Bir tərəfdə daha sadə, akademik və fundamentallığa üstünlük verən klassik məktəb (Hafiz Paşayev), digər tərəfdə isə beynəlxalq terminologiya və mürəkkəb islahat dili ilə danışan yeni nəsil texnokrat idarəçilik (Emin Əmrullayev). Rektorun bu səmimi və üstüörtülü tənqidi əslində cəmiyyətin də uzun müddətdir nazirliyə ünvanladığı sualdır: "İslahatları niyə hamının başa düşəcəyi dildə izah edə bilmirik?" Bu dialoq təhsil sisteminin rəhbərlərindən sadəcə iş görməyi deyil, həm də cəmiyyətlə daha anlaşıqlı, birbaşa kommunikasiya qurmağı tələb etdiyini bir daha göstərdi