Вернуться назад Распечатать

Sahib Məmmədovun AHİK-i "dağılır"! – Müəllimlər kütləvi şəkildə həmkarlar ittifaqını boykot edir!-VİDEO

AHİK-də elektron rezervasiya qalmaqalı: Müəllimlər həmkarlar ittifaqlarından kütləvi şəkildə çıxır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemi ətrafında narazılıqlar kütləvi etiraz dalğasına çevrilib.
1xeber.media-nın Tribuna-ya istinadən verdiyi xəbərə görə, son günlər xüsusilə müəllimlər müraciətlərinin sistem tərəfindən dəfələrlə əsassız şəkildə rədd edildiyini bildirərək AHİK-in fəaliyyətini kəskin tənqid edir və qurumdan çıxacaqlarını bəyan edirlər.