Вернуться назад Распечатать

Vətəndaş sosial yardım, ƏƏSMN şöbə müavinləri isə təzə mebel dərdi çəkir!-VİDEO

Ölkədə minlərlə insanın sosial yardıma, pensiyaya və məşğulluq proqramlarına kəskin ehtiyac duyduğu bir vaxtda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) büdcə vəsaitlərini inzibati xərclərə yönəltməsi ilə gündəmə gəlib. 1xeber.media xəbər verir ki,Bizimesr.com-un rəsmi satınalma məlumatlarına istinadən verdiyi xəbərə görə, nazirlik strukturundakı şöbə müdirinin müavinləri üçün yeni masa dəstləri və mebellərin alınması məqsədilə tender yekunlaşdırıb.

Məlumata görə, 12 min manat dəyərində olan satınalma müsabiqəsinin qalibi "EMBAWOOD" MMC olub. Müqaviləyə əsasən, ayrılan bu vəsait hesabına nazirliyin rəhbər heyətinin müavinləri üçün yeni iş masaları və paltar dolabları tədarük ediləcək. İllərdir fəaliyyət göstərən inzibati binalarda istifadəyə yararlı mebellərin olduğu halda, hər yeni kabinet üçün dövlət büdcəsi hesabına yenidən satınalma edilməsi sosial şəbəkələrdə və mediada dövlət vəsaitinin xərclənməsində qənaət prinsipinin pozulması kimi kəskin tənqidlərə səbəb olub. Redaksiya olaraq mövzu ilə bağlı nazirliyin rəsmi mövqeyini işıqlandırmağa hazırıq.