Вернуться назад Распечатать

DSMF-dən 200 min manatlıq satınalma: Tenderin arxasından məmur qardaşı çıxdı-VİDEO

Dövlət Sosial Müdafiə Fondu dəftərxana ləvazimatlarının alınmasına 200 min manatdan çox vəsait ayırıb. 

1xeber.media Bizimesr.com-a istinadla bildirir ki, "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi dəftərxana ləvazimatlarının satın alınması ilə bağlı keçirdiyi satınalma prosedurunu yekunlaşdırıb.

Dəftərxana ləvazimatlarının alınmasına 200 min manatdan çox vəsait ayrılıb. Satınalmanın qalibi "A4 Ofis" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bununla da "A4 Ofis"MMC-nin bir qədər də varlanmasına yaşıl işıq yandırıldı. "A4 Ofis" MMC-nin rəhbəri  Elgiz Səmədovdur. Onun uzun illər Rusiyada yaşadığı bildirilir. Qardaşı isə yüksək vəzifədə çalışır və MMC-nin də ona məxsus olduğu deyilir.